- İtaliya S.A.
- 15:41 21.11.2024
"Roma"nın sahibləri Daniele De Rossinin rəhbərliyi altında komandanın nəticələrindən heyran olub.
90deqiqe.Az xəbər verir ki, paytaxt klubunun bossları bu səbəbdən italyan mütəxəssislə müqavilənin uzadılması imkanlarını nəzərdən keçirirlər. Söhbət maaşların artırılması ilə iki illik müqavilədən gedir. De Rossi hazırda 500 min avro alır.
De Rossi 2024-cü ilin yanvarında "Roma"ya rəhbərlik edib. Onun müqaviləsi mövsümün sonunda başa çatır. 40 yaşlı mütəxəssisin rəhbərliyi altında romalılar 9 görüşdən yeddisində qalib gəlib.
Xatırladaq ki, dünən A Seriyasının 27-ci turunun oyununda “Roma” “Monza”ya qalib gəlib.