- İtaliya S.A.
- 15:41 21.11.2024
"İnter"in hücumçusu Markus Tyuram irqçiliklə mübarizədən danışıb.
90deqiqe.Az xəbər verir ki, 26 yaşlı forvard bununla bağlı fərdi olaraq heçnəyi dəyişə bilməyəcəyini qeyd edib.
“İnsanların məndən irqçiliyə qarşı mübarizənin simvolu olmağımı istəməsi normaldır, çünki mənim daha çox insanın eşidə biləcəyi səsim var. Mən bunun fərqindəyəm və bu məsələ mənə çox yaxındır. Amma mən düşünmürəm ki, fərd nəyisə dəyişə bilər, bu, açıq-aydın kollektiv bir prosesdir. O cümlədən, ona görə ki, biz sadəcə insan olduğumuzu dərk etməliyik”
Turam "İnter"ə 2023-cü ilin iyulunda "Borussiya Mönhenqladbax"dan azad agent kimi keçib. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt hücumçunu 55 milyon avro qiymətləndirir.
Bu mövsüm 26 yaşlı fransız 35 oyun keçirib, 12 qol vurub və 11 məhsuldar ötürmə edib.
27 turdan sonra İtaliya çempionatına 72 xalla "İnter" başçılıq edir. İkinci yerdə “Yuventus” (57 xal) qərarlaşıb.