- İtaliya S.A.
- 15:41 21.11.2024
İtaliya A Seriyasında fevral ayının ən yaxşı baş məşqçisi bəlli olub.
90deqiqe.Az xəbər verir ki, ötən ayın ən yaxşısı adına "Bolonya"nın baş məşqçisi Tiaqo Motta layiq görülüb.
"Bolonya" fevral ayında İtaliya çempionatında keçirdiyi 4 matçda 3 qələbə qazanıb, 1 dəfə isə məğlub olub.
Mottanın komandası 51 xalla A Seriyasının turnir cədvəlində 4-cü yerdədir. Növbəti turda “Bolonya” çempionatın lideri “İnter”i qəbul edəcək. Görüş sabah, martın 9-da baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Motta 2022-ci ilin sentyabrında "Bolonya"ya rəhbərlik edir. Əvvəllər o, "Spezia" və "Cenao"ya rəhbərlik edib.