22 oktyabr 2024. Çərşənbə axşamı

"Napoli"də Osimhenin yerini tuta biləcək futbolçu yoxdur"


"Napoli"də Osimhenin yerini tuta biləcək futbolçu yoxdur"

“Milan”, “Yuventus”, İngiltərə və Rusiya yığmalarının sabiq baş məşqçisi Fabio Kapello İtaliyanın “Napoli” klubunun hücumçusu Viktor Osimhen haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, Kapello, neapolluların nigeriyalı forvardı göndərəcəyi təqdirdə ona əvəzləyici tapmağın çətin olacağını bildirib.

“Onun getməsi məsələsi milyonların məsələsidir. Osimheni əvəz edə biləcək futbolçular yoxdur. Sadəcə onu tapmaq üçün büllur kürədən istifadə etmək lazımdır”

Bu mövsüm Viktor Osimhen "Napoli"nin heyətində bütün yarışlarda 22 oyun keçirib, 13 qol vurub və 4 məhsuldar ötürmə edib. Nüfuzlu “Transfermarkt” internet portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 110 milyon avro təşkil edir.“Napoli” A Seriyasında 27 turdan sonra 43 xalla 7-ci yerdədir. Bu gün, martın 12-də neapollular Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində “Barselona” ilə qarşılaşacaq.







İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"