8 sentyabr 2024. Bazar günü

Antonio Konte “Yuventus”a qayıdır


Antonio Konte “Yuventus”a qayıdır

Antonio Konte "Yuventus"a baş məşqçi kimi qayıda bilər.

90deqiqe.Az xəbər verir ki, klub növbəti mövsümə qədər mütəxəssis dəvət etmək imkanını dəyərləndirir.

"Yuventus"un siyahısında "Bolonya"nın sükançısı Tiaqo Motta da var.

Xatırladaq ki, Antonio Kontenin son iş yeri London “Tottenhem”i olub. İtalyan mütəxəssis 2021-2023-cü illərdə İngiltərə klubuna rəhbərlik edib. Məşqçilik karyerası ərzində Konte səkkiz titul qazanıb: beşi “Yuventus”, biri “İnter” və ikisi “Çelsi” ilə.

Hazırda Turin klubu 29 oyunda topladığı 59 xalla A Seriyasının turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Avropa Liqasında “Yuventus” aprelin 11-də “Roma” ilə oyun keçirəcəyi pley-off mərhələsinə yüksəlib. Komandaların cavab oyunu aprelin 18-də baş tutacaq.







İtaliya S.A.

"Qızıl top"a namizəd olmağa layiqəm"
  • İtaliya S.A.
  • 20:25 06.09.2024
"Qızıl top"a namizəd olmağa layiqəm"
"Martines "Real Madrid"də oynaya bilər"
  • İtaliya S.A.
  • 20:10 05.09.2024
"Martines "Real Madrid"də oynaya bilər"
38 yaşında karyerasını bitirdi
  • İtaliya S.A.
  • 23:08 04.09.2024
38 yaşında karyerasını bitirdi
"İnter"in futbolçusu əməliyyat olundu
  • İtaliya S.A.
  • 23:25 02.09.2024
"İnter"in futbolçusu əməliyyat olundu
Pirlo "Sampdoriya"dan qovulub
  • İtaliya S.A.
  • 21:36 29.08.2024
Pirlo "Sampdoriya"dan qovulub