30 iyun 2026. Çərşənbə axşamı

Pinto: "Mourinyonu qovanda ölmək istəyirdim"


Pinto: "Mourinyonu qovanda ölmək istəyirdim"

“Roma”nın keçmiş idman direktoru Tiaqo Pinto Joze Mourinyonu istefaya göndərmək qərarının nə qədər çətin olduğundan danışıb.

90deqiqe.Az xəbər verir ki, o, portuqaliyalı çalışdırıcını göndərdikdə ölmək istədiyini bildirib.

 “Çox çətin gün idi. Daha təcrübəli funksionerlərin bu barədə nə hiss etdiyini bilmirəm, amma mən hələ gəncəm və Mourinyonu qovanda ölmək istədim. Əgər məşqçi istefaya gedirsə, deməli, nəyisə səhv etmisən. İki il yarım birlikdə işlədik, ona görə də vəziyyət mənim üçün emosional idi”

Mentor yanvarın sonunda işdən çıxarıldı və fevralın əvvəlində Pinto özü klubu tərk etdi.

Xatırladaq ki, “Roma”nın baş məşqçisi Joze Mourinyonun yerini Daniele de Rossi tutmuşdu.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı