14 iyul 2026. Çərşənbə axşamı

"Meydanda və meydandan kənarda Konte arasında böyük fərq var"


"Meydanda və meydandan kənarda Konte arasında böyük fərq var"

“Milan”ın yarımmüdafiəçisi Ruben Loftus-Çik “Çelsi” klubunda birgə çalışmasından tanıdığı italyan məşqçi Antonio Konte ilə bağlı xatirələrini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, ingilis futbolçu təcrübəli mütəxəssisin fantastik insan olduğunu bildirib.

“Konte fantastik insandır, çox enerjilidir. Yadımdadır, “Çelsi”yə gələnə qədər onun haqqında çox şey bilmirdim, onunla ilk tanış olanda çox sakit idi. Amma ehtiyat oyunçular skamyasına gələn kimi... tamam başqa oldu! O qədər ehtiraslı, o qədər vəhşi. Meydanda və meydandan kənarda Konte arasında böyük fərq var”

Yada salaq ki, Kontenin rəhbərliyi altında “Çelsi”si 2016/2017 mövsümündə Premyer Liqanın çempionu olmuş, italiyalı həm də ekspertlərin və azarkeşlərin rəyinə görə İngiltərədə mövsümün ən yaxşı məşqçisi kimi tanınmışdı.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"
Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər