- İtaliya S.A.
- 15:41 21.11.2024
Milli komandaların görüşləri ilə əlaqadar Avropanın aparıcı çempionatlarında yaranmış fasilə sona çatmaq üzrədir. Həftəsonu futbolsevərləri bir-birindən maraqlı qarşılaşmalar gözləyir.
90deqiqe.az xəbər verir ki, A Seriyasında “Latsio” və “Yuventus” qarşı-qarşıya gələcək.
XXX tura şənbə günü start veriləcək. Günün maraqla gözlənilən matçında “Latsio” “Yuventus”la qarşılaşacaq. Roma klubunu bu görüşə yeni baş məşqçisi İqor Tudor çıxaracaq. Komandaların hazırki vəziyyəti qənətbəxş deyil. “Qartallar” son 4 görüşdən 3-də məğlubiyyətlə üzləşiblər. “Qoca sinyora” isə son 5 oyunda sadəcə 1 dəfə qalib gəlib. Tərəflər arasındakı ilk dueldə “Yuventus” 3:1 hesabı ilə qalib gəlib. “Latsio”da Luka Pelleqrini, “Yuventus”da isə Duşan Vlahoviç cəza səbəbilə oyunu buraxacaqlar. Martın 30-u saat 21-də başlayacaq görüşü görüşü Andrea Kolombo idarə edəcək.
Eyni gündə təşkil olunacaq digər matçda “Fiorentina” doğma azarkeşləri qarşısında “Milan”ı qəbul edəcək. Tərəflər son 4 çempionat qarşılaşmasında məğlub olmayıblar. Florensiyalılar “qırmızı-qaralar”a qarşı evdə oynadıqları 5 matçda 2 qələbə, 2 məğlubiyyət və 1 heç-heçə ediblər. “Rossoneri”də Teo Ernandez cəzalı olduğu üçün oyunu buraxaq. “Artemio Franki” stadionunda keçiriləcək görüş saat 23:45-də başlayacaq Oyunun idarəsi Fabio Mareskaya tapşırılıb.