- İtaliya S.A.
- 15:41 21.11.2024
"Yuventus" yaxın vaxtlarda hücumçusu Federiko Kyeza ilə yeni müqavilə ilə bağlı danışıqlara başlamağı planlaşdırır.
90deqiqe.Az xəbər verir ki, “qoca sinyora” aprel ayında italyan agenti Fali Ramadani ilə əlaqə saxlayacaq.
"Yuventus" Kyezanın maaşını artırmaq niyyətində deyil. Futbolçuya illik 5 milyon avro maaşla daha bir müqavilə təklif olunacaq. Federikonun belə şərtlərlə razılaşıb-razılaşmayacağı hələ məlum deyil. Kyezaya İngiltərə Premyer Liqasında tələbat olduğu daha əvvəl bildirilmişdi.
İtaliya A Seriyasının bu mövsümündə Federiko 26 matçda 7 qol vurub və bir məhsuldar ötürmə edib.