- İtaliya S.A.
- 23:33 04.12.2025
"Fiorentina" yarımfinalın ilk matçında qalib oldu
90deqiqe.az xəbər verir ki, “Artemio Franki”də oynanılan “Fiorentina” - “Atalanta” görüşünə meydan sahibləri üstün başlayıblar. Onların ilk hissədəki təzyiqi 31-ci dəqiqədə qolla tamamlanıb. Florensiya təmsilçisinin heyətində Rolando Mandraqora uzaq məsafədən olduqca baxımlı qola imza atıb. Fasiləyə qədər başqa yadda qalan epizod yaşanmayıb. İkinci 45 dəqiqəlik müddətə gəlincə, oyun qarşılıqlı hücumlar şəraitində oynanılıb. 49-cu dəqiqədə “Atalanta”dan İsak Xinin zərbəsini rəqib qolkiper Petro Terraççano dəf edib. 57-ci dəqiqədə ev sahiblərindən Niko Qonzalezin fərqlənməsinə qonaq qapıçı Marko Karnesekki əla reaksiya ilə imkan verməyib. 6 dəqiqə sonra yenidən Niko Qonzales – Marko Karnesekki duelindən ikinci qalib ayrılıb. 69-cu dəqiqədə ev sahiblərində Luka Ranyeri yaxın məsafədən qapıya düşə bilməyib. Bundan sonra sərfəli hesabı qoruyan ev sahiblərinin cavab matçına üstün durumda yollanacağı rəsmiləşib.
FİORENTİNA 1 ATALANTA 0
Tərəflər arasındakı cavab görüşü aprelin 24-ü oynanılacaq.