15 mart 2025. Şənbə

Di Lorenzo yayda "Napoli"dən ayrılmağa hazırdır


Di Lorenzo yayda "Napoli"dən ayrılmağa hazırdır

"Napoli"nin kapitanı Covanni di Lorenzo gələcəyi ilə bağlı mühüm qərar verib.

90deqiqe.Az  Neapolitan nəşri "Il Mattino"ya istinadən xəbər verir ki, sağ cinah müdafiəçisi yay transfer pəncərəsində komandadan ayrılmağa açıqdır.

30 yaşlı futbolçunun xidmətində "Aston Villa" klubu iddialıdır. Unai Emerinin komandası potensial müqaviləni müzakirə etmək üçün oyunçunun ətrafı ilə artıq danışıqlara başlayıb.

Xatırladaq ki, 2022-ci ildə Lorenzo İnsinyenin gedişindən sonra “Napoli”nin kapitanı məhz Di Lorenzo olub. Keçən mövsüm Covanni neapollulara 30 ildə ilk A Seriya çempionluğunu qazanmağa kömək edib. Cari ölkə çempionatında müdafiəçi bir qol vurub, beş məhsuldar ötürmə edib.







İtaliya S.A.

"Milan"dan çətin qələbə
  • İtaliya S.A.
  • 23:18 08.03.2025
"Milan"dan çətin qələbə
Alleqri "Milan"a qayıda bilər
  • İtaliya S.A.
  • 19:55 08.03.2025
Alleqri "Milan"a qayıda bilər
"Mənim ideal çəkim 102 kq-dır"
  • İtaliya S.A.
  • 21:17 07.03.2025
"Mənim ideal çəkim 102 kq-dır"