14 mart 2025. Cümə

Leau Kassanonun tənqidinə emoji ilə cavab verib


Leau Kassanonun tənqidinə emoji ilə cavab verib

İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano "Milan"ın hücumçusu Rafael Leaunun oyun səviyyəsini tənqid edib.

90deqiqe.Az xəbər verir ki,41 yaşlı keçmiş futbolçu portuqaliyalı forvardın özünü dahi hesab etdiyini bildirib.

"Leau onun dahi olduğunu düşünür və bəziləri hətta ona inanır. Mən onu sadəcə yaxşı futbolçu hesab edirəm və fikrimi dəyişməmişəm.

Beş ay yarım ərzində o, A seriyası kimi zəif liqada qol vura bilmədi. Bir neçə il əvvəl o, çətin ki, çempionatda altıncı və ya yeddinci komandada belə oynaya bilərdi.

Lautaro Martinezə baxın - o, indi dünya səviyyəli oyunçudur. Top üçün mübarizə aparır, qol vurur, ötürmələr aparır, meydanın hər yerində vuruşur. O, hər cəhətdən liderdir."

Leau müsahibəni sosial media səhifəsində yerləşdirib və bir neçə təlxək emojisi şəklində başlıq əlavə edib.







İtaliya S.A.

"Milan"dan çətin qələbə
  • İtaliya S.A.
  • 23:18 08.03.2025
"Milan"dan çətin qələbə
Alleqri "Milan"a qayıda bilər
  • İtaliya S.A.
  • 19:55 08.03.2025
Alleqri "Milan"a qayıda bilər
"Mənim ideal çəkim 102 kq-dır"
  • İtaliya S.A.
  • 21:17 07.03.2025
"Mənim ideal çəkim 102 kq-dır"