- İtaliya S.A.
- 20:52 24.11.2024
İtaliya A Seriyasının 32-ci turunda keçirilən "Udineze" - "Roma" oyununda xoşagəlməz hadisə baş verib.
90deqiqe.Az-ın məlumatına görə, sözügedən matçın 72-ci dəqiqəsində Evan N'Diçka ürək tutması keçirərək qazona yıxılıb. 24 yaşlı futbolçu huşunu itirib və müayinə üçün xəstəxanaya aparılıb.
"Roma" afrikalı futbolçuya dəstək mesajı yayımlayıb.
"Dayan, Evan, biz hamımız səninləyək!”
“Udineze”nin heyətində Roberto Pereyra, “Roma”da isə Romelu Lukaku fərqlənib. Qarşılaşma 1:1 hesabı ilə dayandırılıb və daha sonra başa çatacaq.
24 yaşlı N'Diçka ötən yay Almaniyanın "Ayntraxt Frankfurt" klubundan "Roma"ya keçib. Bu mövsüm o, romalıların heyətində bütün yarışlarda 28 oyun keçirib və iki məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalı oyunçunun dəyərini 23 milyon avro olaraq qiymətləndirir.