26 mart 2025. Çərşənbə

Danilonun "Yuventus"dan arzusu


Danilonun "Yuventus"dan arzusu

"Yuventus"un müdafiəçisi Danilo növbəti mövsümdə komandada qalmaq niyyətindədir.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X "sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Danilonun "Yuventus"la müqaviləsi 2025-ci ilin iyun ayına qədər qüvvədədir, lakin daha bir il müddətinə də uzadılması bəndini ehtiva edir. Braziliyalının gələn mövsüm matçların ən azı 50%-də oynasa, seçim aktivləşdiriləcək. Futbolçunun prioriteti Turin klubunda qalmaqdır.

Bu mövsüm Danilo klub üçün bütün turnirlərdə 27 oyun keçirib, o, bir qol vurub və üç məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 12 milyon avrodur.

A Seriyasının 32 turundan sonra "Yuventus" 63 xalla üçüncü pillədə qərarlaşıb.







İtaliya S.A.

"Bu mənim xoşuma gəlmir"
  • İtaliya S.A.
  • 22:06 25.03.2025
"Bu mənim xoşuma gəlmir"