30 iyun 2026. Çərşənbə axşamı

Kannavaro “Udineze”ni çalışdıracaq


Kannavaro “Udineze”ni çalışdıracaq

Fabio Kannavaro “Udineze”nin yeni baş məşqçisi olub.

90deqiqe.Az xəbər verir ki, 50 yaşlı mütəxəssislə bu ilin iyunun sonuna kimi qısamüddətli müqavilə imzalanıb.

Qeyd edək ki, daha əvvəl "Udineze" Qabriele Çioffinin komandanın sükançısı postundan istefa verdiyini açıqlamışdı. Bu, komandanın “Verona”ya məğlubiyyətindən iki gün sonra baş verib.

"Udineze" bu mövsüm liqada qalmaq üçün mübarizə aparır. Hazırda friuliyalılar yalnız bərabər xalı olan əlavə göstəricilərdə "Frozinone" üzərində üstünlüyünə görə A Seriyasının aşağı liqa zonasında yer almayıb. “Udineze” növbəti oyununu aprelin 25-də keçirəcək – bu, “Roma” ilə pley-off oyunu olacaq. Bu yaxınlarda komandalar arasında oyun 1:1 hesabı ilə ikinci hissədə dayandırılıb.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı