8 sentyabr 2024. Bazar günü

"Yuventus" yeni qapıçı ilə anlaşıb


"Yuventus" yeni qapıçı ilə anlaşıb

"Monza"nın qapıçısı Mişel di Qreqorio "Yuventus"la anlaşıb.

90deqiqe.Az xəbər verir ki, 26 yaşlı qolkiperə "Milan" da maraq göstərsə də, görünür, "Yuventus" rəqiblərinə qarşı mübarizədə qalib gələ bilib.

“Qoca sinyora”nın rəhbərliyi qapıçı ilə prinsipial razılığa gəlib. Di Qreqorio Turin klubu ilə 2029-cu ilə qədər müqavilə imzalamağa hazırdır. İtalyanın maaşı illik 2 milyon avro və bonuslar olacaq.

Mişel di Qreqorio “İnter”in yetirməsidir. 2022-ci ildə Monza qapıçını 4 milyon avrodan bir qədər çox ödəyərək "neradzurri"dən alıb. Cari mövsümdə futbolçu A Seriyasında 30 oyunda 30 qol buraxıb.







İtaliya S.A.

"Qızıl top"a namizəd olmağa layiqəm"
  • İtaliya S.A.
  • 20:25 06.09.2024
"Qızıl top"a namizəd olmağa layiqəm"
"Martines "Real Madrid"də oynaya bilər"
  • İtaliya S.A.
  • 20:10 05.09.2024
"Martines "Real Madrid"də oynaya bilər"
38 yaşında karyerasını bitirdi
  • İtaliya S.A.
  • 23:08 04.09.2024
38 yaşında karyerasını bitirdi
"İnter"in futbolçusu əməliyyat olundu
  • İtaliya S.A.
  • 23:25 02.09.2024
"İnter"in futbolçusu əməliyyat olundu
Pirlo "Sampdoriya"dan qovulub
  • İtaliya S.A.
  • 21:36 29.08.2024
Pirlo "Sampdoriya"dan qovulub