- İtaliya S.A.
- 15:41 21.11.2024
Yay transfer pəncərəsində "İnter"in heyətində dəyişiklik olacaq.
90deqiqe.Az xəbər verir ki, hücumçu Aleksis Sançes və yarımmüdafiəçi Stefano Sensi "neradzurri"nin düşərgəsini tərk edəcəklər. Hər iki futbolçu mövsümün sonunda müqavilələri bitdiyi üçün azad agent olacaq.
35 yaşlı Sançes 2023/2024 mövsümündə 30 oyuna çıxıb, komanda yoldaşları üçün 4 qol vurub və 4 məhsuldar ötürmə edib. 28 yaşlı Sensi də öz növbəsində cari mövsümdə əsas komandanın yalnız dörd oyununda iştirak edib.
Xatırladaq ki, “İnter” artıq İtaliya çempionu titulunu təmin edib.