12 iyul 2026. Bazar günü

Qattuzo A Seriya klubunu çalışdıra bilər


Qattuzo A Seriya klubunu çalışdıra bilər

İtaliya millisinin sabiq futbolçusu Cennaro Qattuzo yenidən məşqçiliyə qayıda bilər.

90deqiqe.Az xəbər verir ki, "Torino" mütəxəssisin xidmətlərində maraqlıdır və bu yaxınlarda komandanın hazırkı baş məşqçisi İvan Juriçi istefaya göndərə bilər. Turinlilərin Qattuzo ilə danışıqlara başladığı qeyd edilir.

Xatırladaq ki, Qattuzo bu ilin qışında italyanların rəhbərliyi altında ən yaxşı şəkildə çıxış etməyən Fransanın “Marsel”indən qovulmuşdu. “Torino” İtaliya çempionatının turnir cədvəlində 34 oyundan sonra 46 xalla 10-cu pillədə qərarlaşıb.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"
Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər