22 oktyabr 2024. Çərşənbə axşamı

Konte "Milan"a rəhbərlik etməyə hazırdır


Konte "Milan"a rəhbərlik etməyə hazırdır

"Milan" rəhbərliyi bu mövsümün sonunda klubu tərk edəcək Stefano Piolinin yerinə yeni baş məşqçi axtarışında qeyri-müəyyən vəziyyətdə qalmaqda davam edir.

90deqiqe.Az-ın "Sky Sport"a istinadən məlumatına görə,“rossonerilər” hələlik “Milan”dan başqa, Fransa “Marsel”inə başçılıq etmək imkanı olan portuqaliyalı mütəxəssis Paulo Fonsekanın razılığını ala bilməyib.

Eyni zamanda, digər namizəd “Porto”nun baş məşqçisi Serxio Konseysao klubunun yeni prezidenti Andre Villaş-Boaşla müqaviləni vaxtından əvvəl ləğv edib İtaliya klubuna getməsi ilə bağlı hələ də razılığa gələ bilməyib.

Bütün vəziyyət “Milan” rəhbərliyini qıcıqlandırır, yeni məşqçi tapmaq üçün hələ vaxt lazımdır.

Qeyd edilir ki, “Yuventus” və “İnter”in keçmiş baş məşqçisi Antonio Konte “Milan”a rəhbərlik etməyə hazırdır, lakin “rossoneri”nin buna reaksiyası hələlik məlum deyil.

54 yaşlı Kontenin son iş yeri 2021-2023-cü illərdə rəhbərlik etdiyi  “Tottenhem” klubu olub.







İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"