27 iyul 2024. Şənbə

İspaniyanın top klubu Dibalanı almağa hazırdır


İspaniyanın top klubu Dibalanı almağa hazırdır

Argentinalı hücumçu Paulo Dibala yay transfer pəncərəsində "Roma"dan ayrıla bilər.

90deqiqe.Az-ın “TodoFichajes”ə istinadən məlumatına görə,  30 yaşlı futbolçunun karyerasını İspaniya çempionatında davam etdirmək variantı var. Argentinalı futbolçu ilə "Atletiko Madrid" maraqlanır.

Matras klubu yay transfer pəncərəsində Dibalanı transfer etmək istəyir və onun 12 milyon avro məbləğində müavinətini ödəməyə hazırdır. Bu bənd iyulun 1-dən qüvvəyə minir.

Bu mövsüm Paulo İtaliya çempionatında 26 matçda iştirak edib. Hücumçu 13 qol vurub və 9 məhsuldar ötürmə edib.







İtaliya S.A.

Poqba gələcəyi haqda danışıb
  • İtaliya S.A.
  • 23:55 25.07.2024
Poqba gələcəyi haqda danışıb
"Yuventus" onunla yollarını ayırdı
  • İtaliya S.A.
  • 22:06 18.07.2024
"Yuventus" onunla yollarını ayırdı