- İtaliya S.A.
- 15:41 21.11.2024
"Napoli"nin prezidenti Aurelio De Laurentis klubun Antonio Konte ilə maraqlanmasından danışıb.
90deqiqe.Az xəbər verir ki, funksioner, italyan çalışdırıcı ilə heç bir danışıqların olmadığını bildirib.
"Mən heç vaxt onun haqqında danışmamışam, siz daim Kontedən danışırsınız. Bu mövzu keçən ilin payızında müzakirə olundu, bu qədər. Deyəsən, klubumuzu ən yüksək səviyyəyə qaldıra biləcək yalnız bir adam var, amma bu belə deyil”
“Yuventus” və “İnter”in sabiq çalışdırıcısının gələn mövsümdən komandaya rəhbərlik edəcəyi daha əvvəl bildirilirdi.
Konte ötən yaydan işsizdi, son klubu “Tottenhem” idi. "Napoli" bu mövsüm 51 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.