- İtaliya S.A.
- 15:41 21.11.2024
Hazırda "Lill"də çalışan portuqaliyalı məşqçi Paulo Fonseka "Milan"ın baş məşqçi postunu tutmağa hazır olduğunu açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
İtaliyanın top-klubunun rəhbərliyi mütəxəssis üçün 2026-cı ilin ortalarına kimi nəzərdə tutulan əmək müqaviləsi hazırlayıb.
Xatırladaq ki, Stefano Pioli hazırda "Milan"ın baş məşqçisidir. İtaliya çempionatının 36 turundan sonra “rossonerilər” 74 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Növbəti oyunda “Milan” səfərdə “Torino” ilə qarşılaşacaq.