15 may 2026. Cümə

"Yuventus"dan möhtəşəm geridönüş


"Yuventus"dan möhtəşəm geridönüş

İtaliya A seriyasında 37-ci tura yekun vurulub.

90deqiqe.Az məlumat verir ki, dünən baş tutan "Bolonya" - "Yuventus" görüşü 3-3 hesablı bərabərliklə nəticələnib.

Oyuna sürətli başlayan ev sahibləri matçın  gedişində 3 cavabsız qolla önə keçsə də, bu hesabı sona qədər qoruya bilməyib. 

"Yuventus"un geri dönüşü Federiko Kyeza ilə başlayıb. Son nöqtəni 84-cü dəqiqədə Kenan Yıldız qoyub.

Qeyd edək ki, bu nəticədən sonra hər iki komanda xal hesabını 68-ə çatdırsa da, topların sayına görə "Bolonya" üçüncü, "Yuventus" isə dördüncü sırada qərarlaşıb.

“Bolonya” - “Yuventus” - 3:3

Qollar: Rikkardo Kalafiori, 2 (1:0), Santiaqo Kastro, 11 (2:0), Rikkardo Kalafiori, 53 (3:0), Federiko Kyeza, 76 (3:1), Arkadiusz Milik, 83 (3:2), Kenan Yıldız, 84 (3:3)

 







İtaliya S.A.

Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi