- İtaliya S.A.
- 18:12 29.11.2024
İtaliya millisinin və bir sıra İtaliya komandalarının sabiq futbolçusu Antonio Kassano Tiaqo Mottanın "Yuventus"a tezliklə gəlişi ilə bağlı yayılan məlumatlara cavab verib.
90deqiqe.Az-ın məlumatına görə, 41 yaşlı sabiq futbolçu Mottanın "qoca sinyora"nın təklifini qəbul edəcəyinə inanmadığını bildirib.
“Bütün qəlbimlə ümid edirəm ki, o, Turin klubunun təklifini qəbul etməyəcək. Tiaqo Qasperini ilə birlikdə İtaliyanın ən yaxşı məşqçisidir, o, çox keyfiyyətli iş görüb."
Daha əvvəl mətbuatda Bolonya təmsilçisinin Turin komandasının baş məşqçisi olmağa yaxın olduğu barədə məlumatlar yayılmışdı.
"Yuventes gözəl futbola əhəmiyyət vermir". Mottanın komandası bu mövsüm 67 xal toplayıb və İtaliya çempionatının cədvəlində üçüncü pillədə qərarlaşıb.