27 iyul 2024. Şənbə

Ranyeri məşqçilik karyerasını başa vurmasından danışıb


Ranyeri məşqçilik karyerasını başa vurmasından danışıb

Bu mövsümün sonunda "Kalyari"nin baş məşqçi postundan ayrılacaq olan Klaudio Ranyeri məşqçilik karyerasını başa vurduğunu təsdiqləyib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bir daha klublarda çalışmayacağını bildirib.

“Kalyari”ni qəbul edəndə klub məşqçisi kimi karyeramı orada bitirəcəyimi açıq şəkildə bildirdim. Amma sabah məni mütləq İtaliya millisinə yox, hansısa milli komandaya dəvət etsələr, “hə” cavabını verə bilərəm. Mən daha klublarda işləməyəcəyəm”

Xatırladaq ki, daha əvvəl jurnalist Canluka Di Marzio 72 yaşlı Ranyerinin bu mövsümün sonunda məşqçilik karyerasını başa vuracağını bildirmişdi.

Məşqçilik karyerası ərzində Klaudio Ranyeri "Lester"ə rəhbərlik edərkən (2015/2016 mövsümü) İngiltərə çempionu olub. 1995/1996 mövsümündə "Fiorentina"nın baş məşqçisi postunu tutan Ranyeri İtaliya kubokunun qalibi olub. 1996/1997 mövsümündə bənövşəlilərlə birlikdə italyan məşqçi İtaliya Superkubokunu qazanıb. Ranyeri həmçinin "Valensiya"nın baş məşqçisi kimi İspaniya kubokunu (1998/1999), İntertoto kubokunu (1998) və UEFA Superkubokunu (2004) qazanıb.







İtaliya S.A.

Poqba gələcəyi haqda danışıb
  • İtaliya S.A.
  • 23:55 25.07.2024
Poqba gələcəyi haqda danışıb
"Yuventus" onunla yollarını ayırdı
  • İtaliya S.A.
  • 22:06 18.07.2024
"Yuventus" onunla yollarını ayırdı