- İtaliya S.A.
- 18:12 29.11.2024
"Milan"ın baş məşqçisi Stefano Pioli gələn mövsüm komandada işləməyəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə “rossonerilər” öz saytında rəsmi məlumat yayıb.
Pioli komandadan ayrılmazdan əvvəl vida matçını "Salernitana"ya qarşı keçirəcək.
Daha əvvəl bildirilmişdi ki, "Milan"ın yeni baş məşqçisi böyük ehtimalla portuqaliyalı Paulo Fonseka olacaq.
Qeyd edək ki, "Milan" rəhbərliyi bu qərarı aprelin 19-da versə də, rəsmi olaraq yalnız bu gün elan edib.
Xatırladaq ki, Pioli 2019-cu ilin yayında “Milan”ı çalışdırmışdı. Mütəxəssis işlədiyi müddətdə komandanı Çempionlar Liqasına qaytarmağı, daha sonra bununla İtaliya çempionluğunu qazanmağı bacarıb.