20 aprel 2026. Bazar ertəsi

“İnter” Dumfrisə əvəzləyici tapıb


“İnter” Dumfrisə əvəzləyici tapıb

"İnter" Denzel Dumfries ilə müqavilə yenilənməsə, imzalamağa çalışacağı oyunçunu seçib.

90deqiqe.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Napoli"nin futbolçusu Covanni Di Lorenzo "neradzurri"nin radarındadır. Milan klubunu Di Lorenzonun təcrübəsi və keyfiyyəti, eləcə də futbolçunun ödəniş baxımından klubda mövcud olan pulla gətirilə bilməsi cəlb edir.

Bundan əlavə, Covanni "İnter"in baş məşqçisi Simone İnzaqinin izlədiyi 3-5-2 sistemində sağ cinahda oynamağa qadirdir.

Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri 30 yaşlı di Lorenzonu 18 milyon avroya qiymətləndirib.







İtaliya S.A.

“Milan” üçün əsas olan xallardır"
  • İtaliya S.A.
  • 23:18 19.04.2026
“Milan” üçün əsas olan xallardır"
“Milan” 3 xalı tək qolla qazandı
  • İtaliya S.A.
  • 20:38 19.04.2026
“Milan” 3 xalı tək qolla qazandı
“Udineze” evdə uduzdu
  • İtaliya S.A.
  • 21:21 18.04.2026
“Udineze” evdə uduzdu