- İtaliya S.A.
- 15:41 21.11.2024
Yaxın gələcəkdə Antonio Konte "Napoli"yə rəhbərlik edə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.
O, Neapolitan klubunun Konteyə klub rekordu maaşı ilə üç illik müqavilə təklifi göndərdiyini qeyd edib.
Konte və "Napoli" arasında mümkün əməkdaşlığa dair əsas detallar gələn həftə müzakirə olunacaq.
54 yaşlı mütəxəssisin “Napoli” layihəsindən ilham aldığı və bu klubda işləməyə hər zaman açıq olduğu qeyd edilir. Antonio Konte "Tottenhem" tərəfindən qovulduqdan sonra 2023-cü ilin mart ayının sonundan bəri klubsuzdur. Bu mütəxəssis əvvəllər İtaliyanın bir neçə klubunda, o cümlədən "İnter"də çalışıb.