- İtaliya S.A.
- 15:41 21.11.2024
"Napoli"nin müdafiəçisi Covanni di Lorenzo ilə işləyən agent Mario Qiuffredi futbolçunun gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, o, 30 yaşlı futbolçunun Neapol klubundan ayrılmaq istədiyini bildirib.
"Lazımi etimad olmadan Di Lorenzo "Napoli"dən ayrılmaq istəyir. Biz ömürlük müqavilə imzaladıq və klub eyni mövqeyi bildirsə, hər şey dəyişə bilər. Antoni Konte baş məşqçi təyin olunarsa, Di Lorenzonun vəziyyəti dəyişə bilər."
Daha əvvəl mətbuatda “Napoli”nin kapitanı İnter”in maraq dairəsində olması ilə bağlı məlumatlar yayılmışdı.