- İtaliya S.A.
- 15:41 21.11.2024
"Milan" rəhbərliyi yay transfer pəncərəsində komandanın heyətini gücləndirmək istəyir.
90deqiqe.Az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "rossonerilər" yeni futbolçular üçün 100 milyon avro xərcləməyə hazırdır. Bu, yeni sükançı Paulo Fonsekanın gəlişi ilə həyata keçiriləcək. Yay transfer pəncərəsində "Milan" klubu bir hücumçu, iki müdafiəçi və bir müdafiəçi yarımmüdafiəçi ilə müqavilə imzalamaq istəyir.
A Seriyasının vitse-çempionu bu futbolçularla maraqlanır: Coşua Zirkzi (Bolonya), Yusuf Fofana (Monako), İqor Xulio (Brayton) və Emerson (Tottenhem).
Son İtaliya çempionatında "Milan" 75 xal toplayaraq 2-ci yerdə qərarlaşıb.