30 yanvar 2026. Cümə

"Yuventus" Avropa Klublar Assosiasiyasına qayıtdı - RƏSMİ


"Yuventus" Avropa Klublar Assosiasiyasına qayıtdı  - RƏSMİ

"Yuventus" Super Liqa layihəsindən çıxaraq, Avropa Klublar Assosiasiyasına (ECA) geri qayıtmaq üçün müraciət edib.

90deqiqe.Az "ECA"nın rəsmi saytına istinadən məlumat verir ki, iyunun 1-də, UEFA prezidenti Aleksander Çeferin və bu təşkilatın baş katibi Mattias Qrafströmün iştirakı ilə ECA-nın icraiyyə komitəsinin iclası keçirilib.

İclasın əvvəlində, eyni zamanda PSJ-nin prezidenti olan ECA sədri Nasser Əl-Xəlaifi iştirakçılara müraciət edərək deyib:

"İclasın çox vacib bir xəbər ilə başladığını bildirmək istəyirəm - rəhbərlik və sahiblərlə keçirilən bir neçə son görüşdən sonra," Yuventus"un ECA-ya yenidən qoşulmaq üçün müraciət etdiyini və bunun yaxın zamanda rəsmiləşdiriləcəyini elan etməkdən məmnunam". 







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”