15 may 2026. Cümə

"Yuventus" onu 25 milyona satacaq


"Yuventus" onu 25 milyona satacaq

"Yuventus"un vingeri Federiko Kyeza yaxın vaxtlarda klubu tərk edə bilər.

90deqiqe.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki,  26 yaşlı futbolçu Turin komandası ilə müqaviləni yeniləməkdən imtina edib və buna görə də "qoca sinyora"nın rəhbərliyi onu satışa çıxarmağa hazırdır.

Kyezanın hazırkı müqaviləsi bir ildən sonra başa çatır, ona görə də "Yuventus" italyan üçün təxminən 25 milyon avro tələb edəcək.

Bildirilir ki, bu tələbi futbolçunu almaqda maraqlı olan “Roma” təmin edə bilər.

Daha əvvəl bildirilmişdi ki, Federiko Kyeza "Bianconeri"nin yeni sükançısı Tiaqo Mottanın planlarına daxil deyil.

Keçən mövsüm Kyeza 37 matçda on qol vurub və üç məhsuldar ötürmə edib.







İtaliya S.A.

Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi