30 iyun 2026. Çərşənbə axşamı

Lautaro Martinez - İtaliya A Seriyasının ən bahalı futbolçusu!


 Lautaro Martinez - İtaliya A Seriyasının ən bahalı futbolçusu!

“İnter”in hücumçusu Lautaro Martinez İtaliya A Seriyasının ən bahalı futbolçusudur.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Transfermarkt" portalı məlumat yayıb.

Nüfuzlu mənbənin məlumatına görə, 26 yaşlı hücumçunun dəyəri 110 milyon avrodur. İkinci yerdə "Napoli"nin hücumçusu Viktor Osimhen qərarlaşıb - onun dəyəri 100 milyondur. Üçüncü yerdə “Milan” və portuqaliyalı cinah oyunçusu Rafael Leau qərarlaşıb – 90 milyon. İlk beşliyi “İnter”in yarımmüdafiəçisi Nikolo Barella (80 milyon) və “Napoli”nin cinah oyunçusu Xviça Kvaratsxeliya tamamlayıb. 

Xatırladaq ki, “İnter” 2023/24 mövsümünün sonunda İtaliyanın əsas futbol liqasında böyük hesabla qalib gəlib.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı