20 iyun 2024. Cümə axşamı

Lukaku ən yaxşı məşqçinin adını açıqladı


Lukaku ən yaxşı məşqçinin adını açıqladı

Hücumçu Romelu Lukaku futbolçu karyerası ərzində birlikdə çalışdığı ən yaxşı məşqçinin adını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə o, "RTL Sports"a müsahibəsində bildirib.

O, Antonio Kontenin ən yaxşı məşqçi olduğunu deyib.

Bundan əvvəl İtaliyanın "Napoli" klubu rəsmi saytında Antonio Kontenin komandaya baş məşqçi təyin olunduğunu açıqlayıb. Tərəflər 2027-ci ilə qədər müqavilə imzalayıb.

2023/2024 mövsümündə Romelu Lukaku İtaliyanın "Roma"sında icarə əsasında çıxış edib. 31 yaşlı hücumçu bütün turnirlərdə 47 oyun keçirib, 21 qol vurub və 4 məhsuldar ötürmə edib. Lukaku 2021-ci ilin avqustunda 113 milyon avroya "Çelsi"yə keçib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.







İtaliya S.A.

İtaliya klubu baş məşqçisiz qaldı
  • İtaliya S.A.
  • 17:40 20.06.2024
İtaliya klubu baş məşqçisiz qaldı
Martinez "İnter"də qalacaq
  • İtaliya S.A.
  • 15:15 16.06.2024
Martinez "İnter"də qalacaq