20 iyun 2024. Cümə axşamı

"İnter" Barella ilə müqaviləni uzadıb


"İnter" Barella ilə müqaviləni uzadıb

"İnter" yarımmüdafiəçi Nikolo Barella ilə yeni müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, futbolçu ilə yeni müqavilə 2029-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

27 yaşlı Nikolo Barella 2020-ci ildən "İnter"də çıxış edir. Futbolçu bu mövsüm "neradzurri"nin heyətində bütün turnirlərdə 45 oyun keçirib və iki qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt internet portalının məlumatına görə, Barellanın bazar dəyəri 75 milyon avrodur.

Xatırladaq ki, bu mövsüm baş məşqçi Simone İnzaqinin rəhbərliyi altında "İnter" iki illik fasilədən sonra İtaliya çempionu olub. Yarımmüdafiəçi Nikolo Barella bütün yarışlarda 46 oyunda 2 qol vurub və 7 məhsuldar ötürmə edib, hücumçu Lautaro Martinez isə bütün yarışlarda 43 oyunda 27 qol vurub və 7 məhsuldar ötürmə edib.







İtaliya S.A.

İtaliya klubu baş məşqçisiz qaldı
  • İtaliya S.A.
  • 17:40 20.06.2024
İtaliya klubu baş məşqçisiz qaldı
Martinez "İnter"də qalacaq
  • İtaliya S.A.
  • 15:15 16.06.2024
Martinez "İnter"də qalacaq