20 iyun 2024. Cümə axşamı

"Latsio"nun yeni baş məşqçisi o oldu


"Latsio"nun yeni baş məşqçisi o oldu

"Latsio" klubunun yeni baş məşqçisinin adı bəlli olub.

90deqiqe.Az xəbər verir ki, bu, italiyalı mütəxəssis Marko Baronidi. 

60 yaşlı mütəxəssis ötən mövsüm "Verona"ya rəhbərlik edib. Onun rəhbərliyi altında komanda İtaliya futbolunun yüksək divizionundan aşağı düşməkdən yayındı və 13-cü yeri tutdu. 2000-ci ildə başlayan məşqçilik karyerası ərzində Baroni 15-dən çox komanda ilə işləməyi bacarıb.

2023/24 mövsümünün sonunda “Latsio” 61 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb, “Roma”dan iki xal geridə, altıncı yerdə və Çempionlar Liqası zonasından yeddi xalla ayrılıb. Baroni İqor Tudor əvəzləyib.







İtaliya S.A.

İtaliya klubu baş məşqçisiz qaldı
  • İtaliya S.A.
  • 17:40 20.06.2024
İtaliya klubu baş məşqçisiz qaldı
Martinez "İnter"də qalacaq
  • İtaliya S.A.
  • 15:15 16.06.2024
Martinez "İnter"də qalacaq