20 iyun 2024. Cümə axşamı

“Yuventus”un yeni baş məşqçisi bəlli oldu - VİDEO


“Yuventus”un yeni baş məşqçisi bəlli oldu - VİDEO

"Yuventus" klubunun yeni baş məşqçisi müəyyənləşib.

90deqiqe.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Turin təmsilçisinin rəhbərliyi Massimiliano Alleqrini ilə yolların ayrılmasından sonra komandanı Tiaqo Mottanın çalışdıracağına qərar verib.

41 yaşlı baş məşqçi ilə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.

“Yuventus" kimi böyük kluba rəhbərlik etməkdə yeni təcrübə qazandığım üçün çox xoşbəxtəm."Ağ-qara" rənglərin qürurunu qorumaq və azarkeşləri sevindirmək ambisiyalarıma inanan rəhbərliyə minnətdaram". - deyə, italyan çalışdırıcı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Tiaqo Motta 2018-ci ildə karyerasını başa vurub. Onun son klubu Fransanın PSJ-si olub. 2018/2019 mövsümündə Motta Parisin 19 yaşadək futbolçulardan ibarət komandasına, 2019-cu ilin oktyabrından dekabrınadək İtaliyanın Genuya komandasına, 2021/2022 mövsümündə isə "Spezia"ya rəhbərlik edib. 2022-ci ilin sentyabrından "Bolonya" klubuna rəhbərlik edən Motta keçən mövsüm A Seriyasını 5-ci yerdə başa vuraraq Çempionlar Liqasında iştirak hüququ qazanıb.







İtaliya S.A.

İtaliya klubu baş məşqçisiz qaldı
  • İtaliya S.A.
  • 17:40 20.06.2024
İtaliya klubu baş məşqçisiz qaldı
Martinez "İnter"də qalacaq
  • İtaliya S.A.
  • 15:15 16.06.2024
Martinez "İnter"də qalacaq