10 iyul 2026. Cümə

"İnter" rəhbərliyi Çalhanoğluya qəzəblənib


"İnter" rəhbərliyi Çalhanoğluya qəzəblənib

“İnter”in rəhbərliyi komandanın dayaq yarımmüdafiəçisi Hakan Çalhanoğlunun davranışından narazıdır.

90deqiqe.Az "La Gazzetta dello Sport"a istinadən məlumat verir ki, "İnter"in rəhbərləri futbolçunun nümayəndələrinin "Bavariya" ilə danışıqlar aparmasından hiddətlənib. Futbolçunun klubu dəyişmək istəyinə baxmayaraq, Milan təmsilçisinin 30 yaşlı Çalhanoğlunu satmaq fikrində olmadığı bildirilir.

Ötən mövsüm Çalhanoğlu bütün turnirlər daxil olmaqla 42 matçda meydana çıxıb, 15 qol vurub və 3 məhsuldar ötürmə verib. Yarımmüdafiəçinin "İnter"lə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Transfermarkt portalının mütəxəssisləri Çalhanoğlunun dəyərini 45 milyon avro qiymətləndirir.







İtaliya S.A.

Menyan "Çelsi"yə keçə bilər
  • İtaliya S.A.
  • 22:59 03.07.2026
Menyan "Çelsi"yə keçə bilər
"Roma" Dibalanı komandada saxlayır
  • İtaliya S.A.
  • 22:28 02.07.2026
"Roma" Dibalanı komandada saxlayır