- İtaliya S.A.
- 15:41 21.11.2024
"İnter"in hücumçusu Lautaro Martinezin maraqlarını təmsil edən futbolçu agenti Alexandro Kamano müştərisinin gələcəyindən danışıb.
90deqiqe.Az bu barədə “Winwin”ə istinadən xəbər verir.
“Martinezin Səudiyyə Ərəbistanı çempionatına keçmək şansı yoxdur. Artıq "İnter"lə yeni əmək müqaviləsi ilə bağlı razılığa gəlmişik. Müqavilə razılaşdırılıb, Lautaro komandanın kapitanıdır. Bu, onun üçün əsas şeydir”
Xatırladaq ki, argentinalı hücumçu 2018-ci ildən “İnter”in şərəfini qoruyur. Ümumilikdə Martinez 282 oyun keçirib, bu oyunda 129 qol vurub və 43 məhsuldar ötürmə edib.