30 iyun 2026. Çərşənbə axşamı

"İnter" müdafiəçisi ilə yollarını ayıra bilər


"İnter" müdafiəçisi ilə yollarını ayıra bilər

"İnter"in mərkəz müdafiəçisi Stefan de Vrij klubu tərk edə bilər.

90deqiqe.Az "Inter Xtra" istinadən xəbər verir ki, “neradzurri” “Torino”dan Alessandro Buongiornonu almaq niyyətindədir, lakin italyan mərkəz müdafiəçisinin transferi ciddi investisiyalar tələb edəcək.

Müqaviləni başa çatdırmaq üçün "İnter" oyunçularından biri ilə ayrılmalı olacaq - de Vrij "qurban" ola bilər. Bu məsələ ilə bağlı yekun qərar hələ verilməyib.

Stefan de Vrij 2018-ci ildən Milan nəhənglərinin rənglərini təmsil edir. 32 yaşlı futbolçunun hazırkı müqaviləsi qarşıdakı mövsümün sonunda başa çatır. Son mövsümdə futbolçu Simone İnzaqinin komandasında 33 oyun keçirib, 1 qol vurub.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı