- İtaliya S.A.
- 15:41 21.11.2024
"Yuventus"un və İtaliya millisinin hücumçusu Federiko Kyesa böyük ehtimalla komandanı tərk edəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano"X" (keçmiş Twitter) sosial şəbəkəsində məlumat yayıb.
O Turin təmsilçisinin 26 yaşlı futbolçu ilə yollarını ayırmağa hazır olduğunu və onu istəyən klubun bonuslar da daxil olmaqla 25 milyon avro ödəyəcəyini qeyd edib.
Klubla müqaviləsi gələn ilin yayında başa çatan forvard turinlilərin yeni baş məşqçisi Tiaqo Mottanın planlarına daxil deyil.
Meydanda 33 oyun, doqquz dəqiq zərbə və iki məhsuldar ötürmə - İtaliya çempionatının son mövsümündə Kyezanın aktivliyi belə idi.