6 oktyabr 2024. Bazar günü

"Qrinvuddan 10 qat yaxşı oyunçu ilə maraqlanırıq" - "Latsio" prezident


"Qrinvuddan 10 qat yaxşı oyunçu ilə maraqlanırıq"  - "Latsio" prezident

"Latsio"nun prezidenti postunu tutan Klaudio Lotito "Mançester Yunayted"dən hücumçu Meyson Qrinvudun mümkün transferi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, funksioner, ingilis forvadın hazırda transfer siyahılarında olmadığını bildirib.

“Qrinvudla imzalamaq üçün müqavilə keçən il başa çatmaq üzrə idi. O, son mərhələdə dayandı. İndi siyahımda başqa bir ad var. Mən onun adını çəkə bilmərəm, amma bu oyunçu Qrinvuddan 10 dəfə yaxşıdır”

22 yaşlı Meyson Qrinvudla "Marsel" klubu da maraqlıdır.

Qrinvud ötən mövsümü icarə əsasında İspaniyanın “Xetafe” klubunda keçirib. Komandanın tərkibində bütün turnirlərdə 36 matçda iştirak edib, on qol vurub və altı məhsuldar ötürmə edib. Qrinvudun "Mançester Yunayted"lə əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 25 milyon avro qiymətləndirir.







İtaliya S.A.

Milik ilin sonuna qədər oynamayacaq
  • İtaliya S.A.
  • 21:31 02.10.2024
Milik ilin sonuna qədər oynamayacaq