30 yanvar 2026. Cümə

Teo Hernandez “Milan”dan ayrılır? - İbrahimoviç açıqladı


Teo Hernandez “Milan”dan ayrılır?  - İbrahimoviç açıqladı

İdman və kommersiya məsələləri üzrə müşavir, “Milan”ın sabiq futbolçusu Zlatan İbrahimoviç klubun müdafiəçisi Teo Hernandezin mümkün gedişi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, o, fransız futbolçunun “rossonerilər”dən ayrılmayacağını bildirib.

“Teo “Milan”ın oyunçusudur. Bəxtimiz gətirdi ki, Avropa çempionatının yarımfinalında üç futbolçumuz var. O, "Milan"ın futbolçusudur və biz bilirik ki, o, ailəsi kimi burada çox xoşbəxtdir. Yeni məşqçi ilə onun istədiyi formada oynamaq üçün daha çox imkanları olacaq. Fonsekanın oyunu da onun üzərində qurulacaq, çox yaxşı olacaq, ona görə narahat deyiləm”

 Hernandezin xidmətində "Real Madrid" və "Bavariya"nın maraqlıdır.

Nüfuzlu “Transfermarkt” portalının mütəxəssisləri fransalı futbolçuya 60 milyon avro qiymət qoyub.







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”