5 dekabr 2025. Cümə

Fonseka "Milan"dakı hədəflərindən danışdı


Fonseka "Milan"dakı hədəflərindən danışdı

"Milan"ın yeni baş məşqçisi Paulo Fonseka növbəti mövsümlə bağlı planlarından danışıb.

90deqiqe.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis "rossonerilər"in cəsarətli oyun göstərəcəyini bildirib.

“Məncə, həyatda risk etməlisən. Cəsarətli olmalı və başqalarından fərqlənməlisən. Bizim məşqçilərin futbolu sevənlər qarşısında öhdəlikləri var. Bu, təkcə qələbə qazanmaq deyil, həm də ehtirasla oynamaqdır. Biz tamaşa yaratmalıyıq və bunun üçün cəsarət lazımdır. Biz futbolumuzdan həzz almalıyıq. Bu, mənim düşüncə tərzimdir”

Xatırladaq ki, Paulo Fonseka "Milan"a "Lill"dən keçib.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”