9 iyul 2026. Cümə axşamı

"Milan" A Seriyasının ən gənc debütantı ilə müqavilə imzalayıb


"Milan" A Seriyasının ən gənc debütantı ilə müqavilə imzalayıb

Hücumçu Françesko Kamarda "Milan"la müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki,16 yaşlı futbolçu ilə müqavilə 3 illikdir.

Kamarda "Milan"ın yetirməsidir. 2023-cü ilin payızında o, 15 yaş 261 gündə meydana çıxaraq A Seriyasının tarixində ən gənc debütant olub. Kamarda İtaliya çempionatının 13-cü turunun "Fiorentina" ilə oyununda (1:0) əvəzedici heyətə daxil olub. Forvard ötən mövsümün böyük hissəsini “Rossoneri”nin gənclər komandasında keçirib və bu komandanın heyətində 41 dəfə meydana çıxıb və 14 qol vurub. İtaliyanın U-17 komandası ilə birlikdə Kamarda 2024-cü ildə gənclər arasında Avropa çempionatının qalibi olub və turnirin ən yaxşı oyunçusu kimi tanınıb.







İtaliya S.A.

Menyan "Çelsi"yə keçə bilər
  • İtaliya S.A.
  • 22:59 03.07.2026
Menyan "Çelsi"yə keçə bilər
"Roma" Dibalanı komandada saxlayır
  • İtaliya S.A.
  • 22:28 02.07.2026
"Roma" Dibalanı komandada saxlayır