- İtaliya S.A.
- 23:28 23.11.2024
"İnter"in sabiq futbolçusu Françesko Moryero "Milan"da baş məşqçi dəyişikliyinə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, “pianetamilan.it" 55 yaşlı sabiq futbolçunun dediklərini belə çatdırıb:
"Pioli əla məşqçidir, çox şeyə nail olub. Amma Fonseka ən uyğun alternativdir. Düşünürəm ki, Pioli dövrünün başa çatması ədalətlidir”
Beş illik işdən sonra Stefano Pioli estafeti Paulo Fonsekaya verib.
Xatırladaq ki, İtaliya A Seriyasının çempionatının yeni mövsümünə avqustun 17-də start veriləcək, ilk turda “Milan” “Torino” ilə qarşılaşacaq.