- İtaliya S.A.
- 15:41 21.11.2024
"Milan"ın yeni baş məşqçisi Paulo Fonseka belçikalı yarımmüdafiəçi Aleksis Saelemakers haqda açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, “pianetamilan.it" 51 yaşlı çalışdırıcının dediklərini belə çatdırıb:
"Aleksis mənim çox bəyəndiyim və keyfiyyətli oyunçudur. Hesab edirəm ki, istənilən məşqçiyə belə futbolçu lazımdır. Saelemakers istənilən mövqedə oynaya bilər. Onu komandada saxlamaq istəyərdim"
25 yaşlı futbolçu keçən mövsümü "Bolonya"da icarə əsasında keçirib.
Xatırladaq ki, İtaliya çempionatında yeni mövsümə avqustun 17-də start veriləcək.