30 iyun 2026. Çərşənbə axşamı

"Milan" 17 yaşlı futbolçu transfer edir


"Milan" 17 yaşlı futbolçu transfer edir

"Verona"nın gənc yarımmüdafiəçisi Alfagio Sisse karyerasını "Milan"da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O, "Milan" klubunun 17 yaşlı futbolçunu transferi üçün həm futbolçu həm də klubu ilə danışıqlara başladığını qeyd edib.

İtaliyalı yarımmüdafiəçinin xidmətində "Milan"dan başqa "Atalanta" da maraqlıdır.

Qeyd edək ki, Sisse İtaliyanın U-19 millisində çıxış edir. Mütəxəssislər futbolçunun transfer dəyərini bir milyon yarım avro qiymətləndirirlər. Xatırladaq ki, ötən mövsüm Alfagio Sisse “Verona” ilə İtaliya çempionatında cəmi bir oyun keçirib. 2023/2024 mövsümünün sonunda "Verona" A Seriyasının turnir cədvəlində 13-cü yeri tutaraq elitadakı qeydiyyatını qoruyub saxlaya bilib.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı