8 fevral 2025. Şənbə

İtaliya klubu Navasdan imtina etdi


İtaliya klubu Navasdan imtina etdi

PSJ və "Real Madrid"dəki çıxışları ilə tanınan təcrübəli qapıçı Keylor Navas İtaliyanın "Monza" klubuna keçməyəcək.

90deqiqe.Az-ın “AS” nəşrinə istinadən məlumatına görə, İtaliya komandası ilə 37 yaşlı qolkiper arasında danışıqlar son mərhələdə olsa da, sonda sövdələşmə baş tutmayıb.

"Monza" indi "Roma"da çıxış edən portuqaliyalı qapıçı Rui Patrisionun tranferini nəzərdən keçirir.

Qeyd edək ki, mətbuatda Navasın "Monza" ilə illik bir milyon yarım avro maaşla müqavilə imzalayacağı ilə bağlı xəbərlər yayılmışdı.

Xatırladaq ki, ötən mövsüm Keylor Navas Fransa çempionatında PSJ-nin heyətində cəmi 4 görüş keçirib, onlardan birində qapısını təmiz saxlaya bilib. Bundan əvvəl Navas "Real Madrid", "Nottingem Forest", "Levante" və digər komandalarda çıxış edib.







İtaliya S.A.

"Milan" Feliks ilə bağlı qərar verib
  • İtaliya S.A.
  • 15:28 08.02.2025
"Milan" Feliks ilə bağlı qərar verib