30 iyun 2026. Çərşənbə axşamı

"Milan"ın qapıçısı sıradan çıxdı


"Milan"ın qapıçısı sıradan çıxdı

"Milan"ın qapıçısı Marko Sportiello sıradan çıxıb.

90deqiqe.Az-ın “Calciomercato”ya istinadən məlumatına görə, buna səbəb 32 yaşlı qolkiperin komandasının Amerika turu çərçivəsində keçirdiyi görüşlər üçün yerləşdiyi otel otağında yıxılmasıdır.

Əməliyyat olunan italyan oyunçunun 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.

 “Rossoneri”nin qapıçısı yeni mövsümün startını mütləq buraxacaq və “Milan” artıq transfer bazarında başqa qapıçı axtarışına başlayıb.

"Milan" A Seriyasının yeni mövsümünün ilk turunda doğma meydanda "Torino"nu qəbul edəcək. Klub ötən mövsümün sonunda İtaliya çempionatının gümüş medalını qazanıb.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı